Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Pfizer vaksini vurduran həkim kovidə yoluxdu - "Əgər bu koviddirsə, onda nəyə görə...?"

  • 2022.02.02 16:39
  • 3157 Baxış
Pfizer vaksini vurduran həkim kovidə yoluxdu -  "Əgər bu koviddirsə, onda nəyə görə...?"
"İki gundur özümü pis hiss etdim və test verdim Kovid pozitiv oldu. Əlamətlərə görə omikron ştammıdı deyilir. İndi bu omikrondusa kovid testi niyə pozitiv verir, Koviddisə bəs 2 pfizer peyvənd niyə immunitet yaratmadı?
Anticisim səviyyəm isə 1874. Elə də yüksək deyil.


İndi mən özümü tam peyvəndsiz kimi hiss edirəm, çunki kifayət qədər görünən əlamətlərlə xəstəliyi keçirirəm.


Medicina.az xəbər verir ki, bu sözləri kovidə yoluxmuş pediatr Aytən İsmayılzadə bildirib.


"Müalicədə heç nəyin mütləq təsiri yoxdu desək də yüksək doza vitamin C və biotənzimləyici terapiyadan, antitromb vasitə istifadə edirəm. Öskurəyi kəsməyə, hərarəti həmən salmağa cəhd etməyin. Cəhdləriniz zərərinizə olar. Minimum bədən ağrılarına görə aktiv hərəkət etmirik və enerjimizi immunitetin mubarizəsi üçün saxlayırıq.

Evdə özunuzdə pozitiv olarsa uşaqları bir həftə, on gun məktəbə göndərməyin. Onlarda əlamətləri izləyin".