Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda 2 aylıq körpəyə açıq ürək əməliyyatı edildi

  • 2022.12.05 16:11
  • 2162 Baxış
Azərbaycanda 2 aylıq körpəyə açıq ürək əməliyyatı edildi

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, t.e.d, ürək-damar cərrahı Rəşad Mahmudov 10 gün əvvəl 2 aylıq uşaqda anadangəlmə ürək qüsurundan açıq ürək əməliyyatını icra edib.

"Medicina" xəbər verir ki, ailəyə rəsmi şəkildə Məhəmməd balanın heç bir şansının olmadığı bildirilmişdi. Təhlükəli və çətin bir vəziyyət olsa da Rəşad Mahmudov ümid işığını gördü, əməliyyata qərar verdi və əməliyyatı uğurla icra etdi. Məhəmməd bala 3 dekabr 2022-ci il tarixində sağlam şəkildə evə yola salındı.