Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda 15 min nəfərə qrip vaksini vuruldu

  • 2023.01.18 16:05
  • 2165 Baxış
Azərbaycanda 15 min nəfərə   qrip vaksini vuruldu

Ötən ilin dekabr ayının 15-dən bu günə qədər 15 minə yaxın qrip peyvəndi istifadə olunub.


"Medicina" xəbər verir ki, TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, kəskin respirator virus infeksiyaları ilə bağlı xəstəxanalara müraciətlərin sayı artıb.

"Qrip əleyhinə peyvəndləmə könüllüdür. Uşaqlara 9 aylığından başlayaraq vurula bilər. Xüsusi əks təsiri yoxdur. Hamilə qadınlar və risk qrupunda olanlar risk qiymətləndirilməsi aparılaraq istifadə edə bilərlər. Yalnız qrip peyvəndinin hansısa komponentinə qarşı şiddətli allergiyası olanların vaksin olunması tövsiyə edilmir" - deyə o qeyd edib.