Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda 128 yeni yoluxma faktı qeydə alınıb

  • 2020.09.27 15:20
  • 14879 Baxış
Azərbaycanda 128 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 132 nəfər sağalıb, 128 yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Medicina.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 40 023 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 37 655 nəfər müalicə olunaraq sağalıb, 586 nəfər vəfat edib. Aktiv xəstə sayı 1 782 nəfərdir.

Ötən müddət ərzində 1 102 401 test aparılıb. Bugünkü test sayı isə 6 858-dir.