Son 17 ildə insan alveri ilə bağlı 1916 cinayət aşkarlanıb.
Medicina.az verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin sabah-aprelin 29-da keçiriləcək birgə iclasında müzakirəyə çıxarılacaq Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2021-ci il üzrə illik məlumatında əksini tapıb.
Sənəddə qeyd edilib ki, bununla bağlı 607 şəxs cinayət məsuliyyətinə cəlb olunub, həmin əməllərin 1165 qurbanı müəyyən edilib.