Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda 11 mindən çox insanda bədxassəli şiş aşkarlandı

  • 2018.09.04 14:19
  • 9362 Baxış
Azərbaycanda 11 mindən çox insanda bədxassəli şiş aşkarlandı
2017-ci ildə 11 192 nəfərdə ilk dəfə bədxassəli şiş aşkar edilib.


Medicina.az xəbər verir ki, əhalinin hər 100 000 nəfərinə hesabı ilə bu göstərici 115 nəfər təşkil edib. 2018-ci ilin əvvəlinə əhalinin hər 100 000 nəfərinə hesabı ilə tibb müəssisələrində bu xəstəliklə qeydiyyatda olan xəstələrin sayı 468 nəfər olub.


Ötən il ərzində 5 777 nəfər kişidə, 5 415 nəfər qadında bədxassəli şiş aşkarlanıb.


Qadınlar arasında süd vəzinin, uşaqlıq boynunun, yumurtalığın, mədənin, uşaqlıq cisminin, kişilər arasında isə traxeya, bronx və ağciyərin, mədənin, limfoid, qanyaradıcı və onlara mənşə və quruluşca yaxın toxumaların, prostat vəzinin, sidik kisəsinin, eləcə də çənbər bağırsağın bədxassəli şişlərlə xəstələnmə halları daha çox olub.


Keçən il qadınların 33,8 faizində süd vəzinin, kişilərin 20,5 faizində traxeya, bronx və ağciyərin bədxassəli şişi aşkarlanıb.