Azərbaycanda daha bir uzun ömürlü qadın koronavirusa qarşı peyvənd edilib.
Medicina.az Report-a istinadən xəbər verir ki, Yevlax rayon Qoyunbinəsi kənd sakini, 1913-cü il təvəllüdlü Növrəstə Məmişova COVID-19 əleyhinə peyvənd olunub.
O, peyvənddən sonra səhhətində problemin yaranmadığını, özünü yaxşı hiss etdiyini deyib.
Qeyd edək ki, Yevlaxda COVID-19 pandemiyasına qarşı vaksinasiya tədbirləri davam etdirilir.