Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda 1 yaşadək körpələrin ölüm SƏBƏBLƏRİ

  • 2017.10.09 14:00
  • 12184 Baxış
Azərbaycanda 1 yaşadək körpələrin ölüm SƏBƏBLƏRİ
Azərbaycanda bütün səbəblərdən 1 yaşadək ölən körpələrin sayı açıqlanıb.


Medicina.az-ın modern.az-a istinadən məlumatına görə, il ərzində 1 yaşadək ölən körpələrin sayı 1666 nəfər olub. Onlardan 37 nəfəri bəzi infeksion və parazitar xəstəliklərdən ölən azyaşlılardır. Tənəffüs sistemi xəstəliklərindən ölənlərin sayı 173 nəfərdir.


Perinatal dövrdə meydana çıxan bəzi hallardan 1090 nəfər 1 yaşına qədər körpə dünyasını dəyişib.


Anadangəlmə anomalilalardan (inkişaf qüsurları), deformasiyalar və xromosom pozuntularından ölənlər isə 151 olub.


Rəsmi məlumata görə, travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən 7 nəfər 1 yaşınadək uşaq ölüb.