Cəlilabad rayon sakini günvurmadan ölüb.
Rayon sakini, 40 yaşlı Nəcəfov Anar həyətində iş görən zaman huşunu itirərək yıxılıb.
O, dərhal yaxınları tərəfindən xəstəxanaya çatdırılıb. Xəstəxanada A.Nəcəfovun günvurmadan öldüyü məlum olub.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, artıq 2 gündür Cəlilabad rayonunda digər günlərə nisbətən daha isti hava şəraiti müşahidə olunur.
(report)