Bütün nevroloqların təyin etdiyi Türkiyə istehsalı məşhur Ataraks preparatı antihistamin təsirli olsa da yuxusuzluq və sakitləşdirici terapiyada da istifadə edilir. Kifayət qədər yaxşı mənimsənilən müasir preparat nevroloqlarla yanaşı, psixiatr, terapevt, cərrah və digərlərinin də təyin etdiyi dərmandır.
“Medicina” xəbər verir ki, Atarax 7 aydan yuxarı idi ki, apteklərdə tapılmırdı və bu defisit həkimləri, xəstələri narahat edirdi.
Nəhayət ki, Atarax apteklərə qayıdıb, amma 3.70 qəpik, 4 manata olan dərman 10 manata satışa çıxarılıb. Əzcaçılar tapılmadığı üçün indi dərmanın bu qiymətə gəldiyini bildirdi.
Sadə bir preparatın bir neçə ay içində 100 faizdən çox bahalaşması Azərbaycanda dərman monopoliyası və ya hoqqabazlığı və ya yarıtmazlığının daha bir nümunəsidir.
Məsələ ilə bağlı nə Səhiyyə Nazirliyi, nə Analitika Ekspertiza şöbəsi, nə də rəsmi qurumlara müraciət ünvanlamadım. Çünki onların illərdir mətbuatın başını piyləyib dolandırıcı və lazımsız cavablarını yazmaqdan bezmişəm.
Sadəcə yazdım: 3 manatlıq dərman 10 manat olub. Dərman Türkiyədə manatla cəmi 3 manatadır.
Aygün Musayeva
10 manata yaxşı deyiblərki.bizə 47 manata verdilər o dərmanə
Atarax dərmanı hardan ala bilərəm
Salam
Salam atarax dərman lazımdı hardan ala bilərəm heç bir aptekdə yoxdu