"5 klinikadan imtina alan pasiyentə 1 saata implant qoyduq”
Son aylar implantologiyada yeni üsul kimi tətbiq olunan və bir çox stomatoloqların qəbul etmədiyi bazal implant metodikası ətrafında kifayət qədər səs-küy yaranıb.
Medicina.az-ın əməkdaşı belə bir məqamda bazal implantı Azərbaycanda tətbiq edən Saf-Med stomatoloji klinikasının Moskvadan olan implantoloqu İbrahim İbrahimovla bazal implantın digər implantlardan fərqi və üstünlükləri barədə söhbətləşib.
- İbrahim doktor, niyə bu qədər rahat, asan metod olan bazal implantalogiya bir çox implantoloqlar arasında birmənalı qarşılanmır, onu geniş tətbiq etmirlər? Bu növ iplant adi implant texnikasından hansı cəhətləri ilə fərqlənir
- Həkimlərin çoxu bazal implantı digər implant sistemləri ilə səhv salır. Çünki bu sistemi dərindən bilmirlər. Bazal implant implantologiyada yeni sistemdir. Burada implant daha dərin qatlara, sümüklərə - bazal sümük deyilən yerə bağlanır. Digər implant isə ora çatmır.
Bu metodun üstünlükləri çoxdur: kəsik aparılmır, sümük artırma əməliyyatları keçirilmir.
3 gün ərzində dərhal yükləmək olar.
İmplantları bağladıqdan sonra, ölçü çıxarıb elə klinikada olan texniki laboratoriyaya göndərilir, 3 gün ərzində diş düzəldilir. Bu yaxında biz 3D printer alacağıq, ondan sonra diş 3 günə yox, 1 günə hazır olacaq.
- Bəs kəsiksiz, dəliksiz implant necə yerləşdirilir? Orada yara sağalmasına ehtiyac olmur?
- 2 mm diametrində yuva yonulur, nazik bir yer açılır. İmplant ikinci kortikal qata bağlanır. Adi implantda osteointeqrasiya deyilən müddət var, yəni implantın sümüyə birləşməsi vaxtı. Bu, aylarla vaxt tələb edir.
Amma bazal implant ikinci kortikal qata bağlandığı üçün burada osteofiksasiya gedir. Burada yara olmur ki, sağalmasını gözləyəsən. Dərhal yükləmə aparıldığı üçün sümük bir o qədər tez fiksasiya olur. Ona görə biz implantı nə qədər tez protezi ilə birgə yükləsək, osteointeqrasiya bir o qədər sürətlə gedəcək.
Adi implantı bağlayanda biz adətən alt çənədə 3-4 ay, yuxarı çənədə 5-6 ay gözləyirik ki, sümük implantın üzərinə bitsin. Bazal implantda buna ehtiyac yoxdur. Burada inteqrasiya olur, amma o qədər önəmli deyil. Xəstə ümumiyyətlə, heç bir diskomfort hiss etmir.
- Eyni vaxtda bir və ya bir neçə dişi çəkib, yerində dərhal bazal implant qoymaq mümkündürmü?
- Bəli, mümkündür. Bazal implantın bir üstünlüyü də var ki, üzəri hamardır. Klassik implantlarda isə hamar deyil. Ona görə adi implantlar şəkər xəstələri və çox siqaret çəkən insanlar üçün bir qədər təhlükəlidir.
Bazal implantı isə bu xəstələrə rahatlıqla tətbiq etmək olar. Çünki yumşaq toxumada heç bir iltihabi proses, infeksiyalaşma olmur. İmplantın diametri cəmi 2 mm-dir, ordan mikroblar keçə bilmir. Ən əsası isə hamar səthə mikrob keçməsi mümkün deyil. Əksinə, sadə implantda daha çox belə fəsadlara rast gəlinir.
YÜKSƏK ŞƏKƏRİ OLAN VƏ ÇOX SİQARET ÇƏKƏNLƏRƏ ADİ İMPLANT QOYMAQ RİSKDİR.
- Bəs niyə çox zaman stomatoloqlar şəkəri olanlara və siqaret çəkənlərə implant qoymaqdan imtina etmir? Pasiyenti itirmək istəmirlər?
- Yüksək şəkəri olan insana klassik implant qoymaq böyük riskdir. Amma təəssüf ki, edirlər. Siqaret çəkənlərə niyə olmaz? Çünki nikotin implantın üzərinə oturur. O implantın da üzəri hamar olmadığı üçün nikotin sümüyü qıcıqlandırır.
Siqaret tam əks göstəriş deyil, amma problem yarada bilər. Moskvada, məsələn, günə 10 siqaret çəkən xəstəyə implantdan imtina edilir. İmplant qoysa da zəmanət verilmir.
Bazal implantda isə belə problem yoxdur.
Bazalın bir əks göstərişi var: bifosfonat deyilən dərmanı qəbul edən xərçəng xəstələri. Bu insanlara bazal və adi klassik implant qətiyyən olmaz.
Moskvada, Bakıda elə xəstələr olub ki, bütün stomatoloji klinikalarda implanta imtina ediblər ki, sümük artırmaq lazımdır, ya hansısa səbəbdən olmaz, biz elə xəstələri də qəbul edib implant qoymuşuq.
- Əgər dişlər 10 illər öncə çəkilibsə, yeri boş qalıbsa, orada sümük yeyilməsi, çökəklik, əyilmə əmələ gəlibsə, bu halda bazal implant qoyula bilər?
- Bəli, tam əminliklə. Bazal implantın bir müsbət cəhəti də odur ki, bu implant monoblokdur. Biz bazal implantı hər bir istiqamətdə qoya bilərik. O implantı lazım olan paralelliyə, 90 dərəcəyə qədər əyə bilirik. Yəni çənədə, damaqda çökəklik, sümük yeyilməsi olsa da, problem yaratmır.
Bu sistem hələ dünyaya yeni gəlib. 2-3 ildən sonra partlayış edəcək və çox implantoloqlar bu metoda keçəcək.
- Bəs bazal implantın nə kimi əks-təsirləri olur?
- Bu vaxta kimi 200-dən çox əməliyyat etmişəm, onların 2-3-də problem olub. O da təzə başlayan vaxtlarda. Sümük olmayan yerdə 14 mm-lik implant bağlamışdım, halbuki 20 mm-lik implant qoyulmalıydı. O da uzunluğu az olduğu üçün bir müddətdən sonra boşalmışdı, biz də onu əvəz etdik. Nəzərə alın ki, bu əməliyyat sümük olmayan yerdə aparılmışdı.
Bu implantları dərhal yükləmək lazımdır. Tək-tək bazal implant məsləhət deyil. Yəni xəstənin 1-2 ədəd dişi yoxdursa, ona bazal implant məsləhət deyil. Bazal implant tam çənə, yarı çənə dişsizliyində uyğundur. Ən azı yanaşı 4-5 diş olmasın. Çünki bu implantlar uzundur. Tək implant olanda onun sümükdəki hissəsi istər-istəməz tərpənəndə, digər yanaşı dişləri də laxladacaq. Amma bazal implantlar yanaşı çox olanda bir-birinə dəstək olub, saxlayır. İmplantları bağlayandan sonra diş körpüsü şina rolunu oynayır.
Bu sistem hələ dünyaya yeni gəlib. 2-3 ildən sonra partlayış edəcək və çox implantoloqlar bu metoda keçəcək. İndi niyə klassik implantologiyadan, belə deyək, əl çəkmirlər? Burada marketinq məsələsi var: adi implantda xəstənin xərci çox çıxır, sümük əməliyyatı keçirməlidir, həm vaxtı, həm pulu gedir. Biomaterial çox sərf olunur, bunlar hamısı puldur. Xəstə var ki, 5 klinika gəzib, deyiblər, 6 ay gəl-get, 2-3 əməliyyat edək, sonra implant qoyulacaq. Amma bizə gəlib, demişik əyləş, iynə vurmuşuq, dərhal da implantını 15-20 dəqiqəyə qoymuşuq. 3-4 günə də dişini qoymuşuq gedib.
Düşünürəm ki, gələcəyin implantasiyası bazal implant olacaq.
SAF - MED stomatoloji klinika
Həkimlə əlaqə:
055 955 01 03
Məndə üst çənədə axırımcı diş karnkada özü çıxdı sonra 3diş yalançı dişlər(most)sonra 1diş karomkada sındı,deməli 2diş3yalançı dişlər buna implant eləmək olar?Xaiş edirəm qiyməti deyəsiniz
Baki
Salam həkim zəhmət olmasa qiymətini yazardız
Salam. Mənim üst çənəmdə arxadan başlayaraq 4 dişim yoxdur. İstəyirəm bazal implant qoyasınız. Bura neçə bazal implant gedəcək və ümumi dəyəri neçə manat olacaq?
Bu implantin qiymeti neciyedi?
Salam, instagram səhifəniz var?
Qiymətini yazın, zəhmət olmasa.
Alt cene implantï neciye bawa qelir.
Salam, bu implantın qiymeti neçeyedi?
giymeti bilmek isterdim
Bu bazal dediyiniz implantin birinin qiymətii yazın bu camahatda bilsin
Qiyməti neçəyədir?
Qiyməti neçəyədir?
salam zehmet olmasa butov alt cene neceye emele gelir ve hansi olkenin istehsalidi
Salam 1 implantin qiymeti neceyedir