Ölkəyə gətirilən vaksin preparatlarından 270 min doza humanitar yardım kimi Özbəkistan, Tacikistan, Qırğızıstan, Bosniya və Herseqovina və Afrika ölkələrinə göndərilib.
Medicina.az xəbər verir ki, bu barədə hökumətin illik hesabatında bildirilib.
Qeyd olunub ki, hesabat dövrünün sonunadək ölkəyə 17 milyon yaxın doza vaksin preparatı gətirilib və onlardan 12 milyona yaxın doza istifadə edilib.