Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycana dərman idxalı azalıb

  • 2019.09.23 15:52
  • 3217 Baxış
Azərbaycana dərman idxalı azalıb
Azərbaycan əczaçılıq məhsullarının idxalını azaldıb


Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycana 176,8 mln. ABŞ dolları dəyərində 8 886,8 ton əczaçılıq məhsulları idxal edilib.


Medicina.az apa-ya istinadəm xəbər verir ki, ötən ilin analoji dövrü ilə müqayisədə cari ilin ilk səkkiz ayında ölkəyə idxal olunan əczaçılıq məhsullarının 2,2 mln. dollar və ya 1,2%, həcmi isə 539,4 ton və ya 5,7% azalıb.


Qeyd edək ki, cari ilin yanvar-avqust aylarında əczaçılıq məhsullarının ümumi idxaldakı payı 1,88% təşkil edib. Bu göstərici illik müqayisədə 0,73 faiz bəndi azalıb.


Xatırladaq ki, hesabat dövründə ölkədə əczaçılıq məhsullarının istehsalı 9,8% artıb.