Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycana “AstraZeneca” vaksini gətirilməyəcək - TƏBİB

  • 2022.02.25 15:28
  • 1208 Baxış
Azərbaycana “AstraZeneca” vaksini gətirilməyəcək    - TƏBİB

“2022-ci ilin yanvar ayında təsdiq olunmuş müqaviləyə əsasən, 1 200 000 doza “CoronaVac” vaksini ölkəyə gətirilib”.

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, cari ildə təsdiq olunmuş müqavilələrə əsasən, 2 080 000 doza vaksinin gətirilməsi nəzərdə tutulub:

“CoronaVac” – 2 000 000 doza və “Sputnik V” - 80 000 doza təşkil edəcək”.

Agentlikdən qeyd edilib ki, “AstraZeneca” vaksini ölkəyə gətirilməyəcək.