Azərbaycana növbəti dəfə daha 22 buynuz qişa orqanı gətirilərək, görməsi pozulmuş xəstələrə transplantasiya olunub.
Medicina.az xəbər verrir ki, 3 gün MOM-un cərrahları Abdulaliyeva Fərəh, Həsənov Cəmil, Hüseynov Emil və Ağayeva Fidan tərəfindən 22 uğurlu buynuz qışanın transplantasiyası əməliyyatı keçirilib.
İlk növbədə buynuz qişa uzun illər korluğa məruz qalan imtiyazlı xəstələrə köçürülüb.
Hətta ilk dəfə regionlarda – akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Gəncə filialında buynuz qişanın transplantasiyası cərrahi əməliyyatı uğurla həyata keçirilib.
Bütün əməliyyatlar uğurla, fəsadsız başa çatdırılıb.