ÜST koronavirusla bağlı Azərbaycana tövsiyəsini açıqlayıb
“Azərbaycana tövsiyə edirik ki, xəstəlik hallarının erkən aşkarlanmasına önəm versin, xəstəlik hallarının müalicəsini gücləndirsin”.
Medicina.az xəbər verir ki, bunu ÜST-ün Azərbaycana gələn missiyasının rəhbəri Karolina Braun bildirib.
K. Braun bildirib ki, kooronavirus yeni virusdur, bütün dünya ölkələrində xəstələrin sayı çoxaldığından “COVİD 19” artıq pandemiya elan olunub: “Amma bu, bizim strategiyamızı dəyişməyib. “COVİD 19”un pandemiya elan olunmasıyla bütün ölkələrə çağırış edildi ki, onlar öz cəhdlərini səfərbər eləsinlər”.
K. Braun bildirib ki, səfər çərçivəsində Azərbaycanın səhiyyə orqanları ilə birgə əsas diqqət yetirilməli olan məsələləri birlikdə müzakirə ediblər: “Bunlara epidemioloji nəzarət, laborator testlərin keçirilməsi, tibbi ləvazimatlarla təminat, xəstəliyin qarşısının alınması, risk kommunikasiyası daxildir”.