"Hazırda aktual olan liposaksiya, popofilinq, abdominoplastika əməliyyatlarıdır, mən onları icra edirəm. Amma Səkinə Xudiyeva dedikdə daha çox sinə kiçiltmə və böyütmə əməliyyatları nəzərə çarpır. Bu da yəqin xanım cərrah olduğuma, eləcə də əl işlərimizin təbii və incə olmasına görədir".
Bunu
“Medicina”ya tanınmış cərrah, “Badam” klinikasının estetik cərrahı Səkinə Xudiyeva bildirib
O, hazırda hər gün kompleks əməliyyatlar icra etdiklərini bildirib:
"Sinə kiçiltmə, qarın gərmə, bədən şəkilləndirmə kimi bir neçə əməliyyat eyni vaxtda icra olunur. Çünki 30 yaş üzəri xanımlar bədəninin yalnız bir nahiyəsindən narazı olmur. Həm bədəndə, həm üzdə artıq dəyişiklik istəyir. Çox zaman bu, vacib olur və biz də bunları ən doğru şəkildə icra edirik".
S.Xudiyevanın dediyinə görə, son illərdə daha çox sinə kiçiltmə əməliyyatları həyata keçirir:
"Azərbaycan xanımlarında genetik olaraq iri sinə faktoru var. Çox iri süd vəziləri əslində qadın üçün zərərlidir. Onurğa sütununu əyir, ağrı verir, ürək-ağciyər problemi, sallanma, narahatlıqlar, toxumaaltı qaşınma və səpkilər yaradır”.
Həkim üz və bədənində süni gel olan pasiyentləri qəbul etmədiyini bildirib:
“Süni gel hətta indi də bəzi mərkəzlərdə tibbi təhsili olmayan, cahil kosmetoloqlar tərəfindən vurulur. Süni gelin indi olmasa da, 4-5 il sonra fəsadları üzə çıxacaq. Mənə bir pasiyent müraciət etdi, üzü bərbad vəziyyətdə idi. 8 il öncə süni gel etdirib, bu müddətdə heç bir reaksiya verməyib, indi dəhşətli allergik reaksiya gedir, üz bərbad halda, xanım depressiyada, o gelləri heç cür həll etmək olmur. Onu çıxardıqda üzdə çapıqlar yaranacaq. O fibrozları dəri altından tam təmizlələmək mümkün deyil.
Mən bu kimi əməliyyatları etmirəm. Artıq indi üz və bədənə süni gel vurulmur. Amma hərdən görürük ki, cərrahlar süni gel olan nahiyəyə üstdən piy vurur. Bu da əks-reaksiya verir. Bəzi pasiyentlər süni gel etdirdiyini həkimdən gizlədir, popo böyütməyə gəlir, yalnız əməliyyat zamanı həkim görür ki, orda fibroz, gel yığıntıları var. Ona görə belə xəstələri risk edib götürmürük”.
Həkimlə ətraflı müsahibə videoda...
Aygün Musayeva