Ümumi olaraq Respublika ərazisində virusa yoluxma və pozitiv nəticələrin sayına görə Bakı şəhərinin Xətai, Binəqədi rayonları və Abşeron ilk pillələrdədir.
Medicina.az xəbər verir ki, bu barədə TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva deyib.
O bildirib ki, ölkədə aparılan mübarizə tədbirləri və vətəndaşların məsuliyyətli yanaşmasının nəticəsi olaraq, pandemiya ilə bağlı vəziyyət tam nəzarətdə saxlanılır:
“Aldığımız son məlumata görə, yoluxma sayına görə paytaxt rayonları arasında ən yüksək göstərici Xətai rayonunda qeydə alınıb. Ümumi vəziyyət isə nəzarət altındadır”.