Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycan sulfat turşusu istehsal edəcək

  • 2021.12.10 14:48
  • 1462 Baxış
Azərbaycan sulfat turşusu istehsal edəcək

“Azərbaycana sulfat turşusunun idxalının qarşısının alınması nəzərdə tutulur”.

Medicina.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərsulfat” MMC-nin baş direktoru Emil Quliyev deyib.

O bildirib ki, Azərbaycanda 2022-ci ilin martında sulfat turşusu istehsal edən zavodun fəaliyyətə başlaması nəzərdə tutulur.

Emil Quliyev bildirib ki, Azərbaycan sulfat turşusu istehsal etdikdən sonra bu məhsulları xarici ölkələrə satacaq.

“Bura ümumilikdə 10 milyon manat investisiya yatırılması gözlənilir. Bu müəssisə yalnız yerli mütəxəssislər tərəfindən idarə olunacaq”, - deyə o bildirib.