Sərhəd naryadı tərəfindən “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq silah tətbiq olunmuş və sərhəd pozucularından 1-i yaralanıb. Digər sərhəd pozucuları ərazinin sıx meşəlik və hava şəraitinin dumanlı olmasından istifadə edərək geri qaçıblar. Yaralanmış sərhəd pozucusuna ilkin tibbi yardım göstərilərək Cəlilabad rayon mərkəzi xəstəxanasına təxliyyə olunub, lakin görülən tədbirlərə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerində ümumi çəkisi 2 kq olan həşiş qətranına bənzər narkotik vasitə, 1 ədəd lüləsi kəsilmiş qoşalülə ov tüfəngi, 6 ədəd patron, 1 ədəd patron gilizi aşkar olunmuşdur. Ərazidə axtarış işləri davam etdirilir.
İran tərəfinin sərhəd nümayəndəsi görüşə dəvət olunmuş, hadisə yerində görüş keçirilib.
Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin və Lənkəran Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.