Azərbaycan əhalisinin piylənmə dərəcəsinə görə Gürcüstan, Qazaxıstan,Tacikistan, Qırğızıstan və Türkmənistandan da irəlidədir.
Medicina.az xəbər verir ki, bu faltı bariatrik cərrah, Taryel Ömərov 5-ci Beynəlxalq Bariatrik-Metabolik Cərrahiyyə Konqresində məruzəsində deyib.
O bildirib ki, qadınlarda kişilərdən iki dəfə çox piylənməyə rast gəlinir. Piylənmənin qarşısını almaq üçün hormonal balansa diqqət yetirmək lazımdır:
"Piylənmənin əsas fəsadlarından biri ikinci tip şəkərli diabetdir. 2030-cu ildə 438 milyon insan ikinci tip şəkərli diabetdən əziyyət çəkəcək. 2040-cı ildə bu rəqəmin 642 milyona çatacağı proqnozlaşdırılır. 2015-ci ildə aparılmış bir araşdırmaya görə, hər 6 saniyədən bir şəkərli diabet xəstəliyinə tutulmuş insanlardan biri dünyasını dəyişir”.