Azərbaycan Ordusunun polkovniki İlqar Mirzəyev qəhrəmancasına şəhid olub.
Xəbəri cəbhə bölgəsində jurnalistlərin suallarını cavablandıran müdafiə nazirinin müavini, general-polkovnik Kərim Vəliyev təsdiqləyib.
“İyulun 13-dən 14-ə keçən gecə Tovuz rayonu ərazisində şiddətli döyüşlər davam edib. İki sutka ərzində düşmənə sarsıdıcı döyüş zərbələri endirilib. Düşmənin 100-ə qədər canlı qüvvəsi, çoxlu sayda hərbi texnikası və mühüm obyektləri məhv edilib".