Azərbaycan Neyrocərrahlarının Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş simpoziumu keçirilib.
Digital Health Agency Baku-nun təşkilatçılığı ilə keçirilən və ölkənin bütün neyrocərrahlarını bir araya gətirən simpoziumda müasir dövrdə neyrocərrahiyyənin ən aktual məsələlərindən bəhs olunub, mövzular ətrafında geniş müzakirələr aparıb.
Simpoziumun məqsədi neyrocərrahlar arasında əməkdaşlıq, fikir mübadiləsi, təcrübələri bölüşmək, həmçinin yeniliklərlə tanış olmaqdır.
4 hissədən ibarət panel müzakirəkərində Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkim-neyrocərrahları Nicat Muştaqov, Azər Zeynalov , Səbinə Əhmədli, Elşən Hüseynzadə, Rafael Bayramov, Rövşən Bağırov, Vüsal Məmmədov, rezident-neyrocərrahları Zəka Abdullayev, Kərəm Əsgərov, Şəhriyar Səlimli çıxış ediblər.