Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycan millisinin xanım üzvü saçlarını xərçəng xəstələrinə hədiyyə etdi - Saçım saçın olsun layihəsi

  • 2018.08.29 18:16
  • 9352 Baxış
Azərbaycan millisinin xanım üzvü saçlarını xərçəng xəstələrinə hədiyyə etdi -  Saçım saçın olsun layihəsi
Aerobika üzrə Azərbaycan yığmasının üzvü Balaxanım Əhmədova maraqlı addımı ilə yadda qalıb.


Medicina.az  Oxu.Az istinadən  xəbər verir ki, xərçəng xəstəliyinin müalicəsi zamanı kimyaterapiyadan istifadə edildikdə xanımların saçı tökülür.


Azərbaycanda bir çox onkoloji qadın xəstə bu halla üzləşib. Məsələn, bunlardan biri İlqar Mikayıloğlunun həyat yoldaşı olan hüquqşünas Zülfiyyə Bayramovadır. Elə xanımlar var ki, onların əksəriyyətinin çox baha olan şinyondan istifadə etmək imkanı yoxdur. 


Bir müddət öncə "Qarabağ”ın çılğın fanatı kimi tanıdığımız Sevinc Məmmədovanın təşəbbüsü ilə ölkəmizdə "Saçım saçın olsun” adlı layihəyə start verilib. Layihə çərçivəsində şinyon almaq imkanı olmayan onkoloji xəstələrə kömək göstərilir. Sevinc xanımın irəli sürdüyü bu təşəbbüsə qoşulan bir çox qadınlar öz saçlarını kəsdirərək, xəstələrə "Saçım saçın olsun” deyirlər. 


Saçını xəstəlikdən əziyyət çəkən xanımlara bağışlayanlardan biri də Balaxanım Əhmədovadır. Atdığı anlamlı addımla bağlı saytımıza danışan aerobika üzrə milli komandamızın idmançısı imkanı olanları bu təşəbbüsə qoşulmağa çağırıb:


"Bu haqda mənə anam məlumat verdi. Ölkəmizdə belə bir layihənin həyata keçirildiyini söylədi. Mənim yaxınlarımın içərisindədə xərçəng xəstəliyindən əziyyət çəkən insanlar var. O hissləri çox yaxşı bilirəm.


Gözəl analarımıza, bacılarımıza, körpələrimizə kömək etmək imkanı yaxaladığım üçün çox sevincliyəm. İmkanı olan hər kəsi bu təşəbbüsə qoşulmağa səsləyirəm. Gəlin, az da olsa, onlara yardım əlimizi uzadaq. Həyatlarına məna qataq”. 


Əhmədova layihə haqqında da məlumat verib: 


"İstəyi olan hər bir xanım otuz sm uzunluğunda saçını kəsdirərək, layihəyə dəstək verə bilər. Axı bilirik ki, hər kəsin şinyon almaq imkanı yoxdur. Təbii saçdan hazırlanan şinyonlar isə çox bahadır. Bu layihəni ölkəmizdə yayan Sevinc Məmmədovaya dərin təşəkkür edirəm”.