Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən, meymunçiçəyi xəstəliyinin diaqnostika və müalicəsi üzrə klinik protokol işlənib hazırlandı.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının 14 iyun 2022-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş bu protokol ilkin səhiyyə xidmətində çalışan terapevtlər, pediatrlar, ailə həkimləri, təcili tibbi yardım həkimləri, həmçinin yoluxucu və dəri-zöhrəvi xəstəliklər üzrə mütəxəssislər üçün nəzərdə tutulub.
Medicina.az xəbər verir ki, protokolun tərtibatında İSİM-in, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Strateji inkişaf departamentinin, Azərbaycan Tibb Universitetinin İnfeksion xəstəliklər kafedrasının mütəxəssisləri iştrak ediblər.
Qeyd edək ki, meymunçiçəyi virusu (MPV və ya MPXV) insanlarda və heyvanlarda meymunçiçəyi xəstəliyinə səbəb olan ikiqat zəncirli DNT virusdur. Virus ilk dəfə meymunda aşkar edilib, 1970-ci ildən bəri on Afrika ölkəsində sporadik epidemiyalar qeydə alınıb. Afrikadan kənarda xəstəliyin ilk yayılması halı 2003-cü ildə ABŞ-da qeydə alınıb. Avropada ilk təsdiqlənmiş yoluxma halı 2022-ci ilin may ayında qeydə alınıb və iki həftə sonra yoluxma halları artıq 100-ə yaxınlaşıb.
Klinik protokol İSİM-in saytında Təlimatlar bölümündə yerləşdirilib:
https://www.isim.az/.../Meymunciceyi_protokol_A5_site.pdf