Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Azərbaycan mətbəxi sağlamlığa ziyandır” - Aktyor

  • 2019.09.16 18:03
  • 14988 Baxış
“Azərbaycan mətbəxi sağlamlığa ziyandır” -  Aktyor
Bir çox aktyor və idmançıların öz formalarını saxlamaq üçün xüsusi proqramları olur. Bu, onların həm də seçdikləri peşə ilə əlaqəlidir. Daima formada qalmaq onlar üçün olduqca vacibdir. Bu şəxs həm aktyor, həm də idmançıdırsa, vəziyyətin məsuliyyəti iki qat artır. 


Medcina.az-ın suallarını cavablandıran səhnə döyüşü aktyoru, Sain Fərhad Fərman sağlıqlı yaşamının sirinin az bişmiş qidalara üstünlük verməkdə olduğunu bildirib:


"Bizim işimiz sırf idman olmadığı üçün həmişə eyni formada olmuram. Çəkilişlər səbəbindən bəzən idmanla mütəmadi olaraq məşğul ola bilmirəm. Formada qalmaq üçün müəyyən idman pereparatlarından, qidalarından istifadə edirəm. Amma mənim üçün ən əhəmiyyətlisi sağlam qida, sağlam həyat tərzidir. Açığı, mən Azərbaycan mətbəxini sevmirəm. Bizim mətbəx çox yağlıdır. Bu da insan sağlamlığı üçün ziyanlıdır. Düzdür, doyumludur, amma heç bir xeyri yoxdur insana. Daha çox qaynadılmış yeməklərə və tərəvəz salatlarına üstünlük verirəm”.

“Azərbaycan mətbəxi sağlamlığa ziyandır” -  Aktyor
“Azərbaycan mətbəxi sağlamlığa ziyandır” -  Aktyor