Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycan Könüllü Həkimlər Assosiasiyası Tibb Hüququ Komitəsi yaratdı

  • 2025.02.13 15:11
  • 169 Baxış
Azərbaycan Könüllü Həkimlər Assosiasiyası Tibb Hüququ Komitəsi   yaratdı


Bu gün Azərbaycan Könüllü Həkimlər Assosiasiyası (AKHA) tibb hüququ sahəsində maarifləndirmə, həkim və pasiyent hüquqlarının müdafiəsi, tibbi xidmətlərin hüquqi tənzimlənməsi istiqamətində fəaliyyət göstərmək üçün Tibb Hüququ Komitəsini təsis edib.

"Medicina"xəbər verir ki, komitəyə AR Vəkillər Kollegiyasının üzvü, Nota Bene Consulting MMC-nin rəhbəri Roman Qaraşov sədr təyin edilib.

Komitənin əsas məqsədləri arasında həkimlərin və pasiyentlərin hüquqlarının qorunması, tibbi səhvlərlə bağlı hüquqi mexanizmlərin hazırlanması, beynəlxalq tibbi hüquq sənədlərinin tətbiqi və maarifləndirmə işlərinin aparılması yer alır.

AKHA sədri Oktay Mehtiyev vurğulayıb ki, bu komitə səhiyyə və hüquq sahəsində mühüm dəyişikliklərə təkan verəcək.

Qeyd edək ki, son zamanlar həkim pasiyenti münasibətləri və hər iki tərəfin hüquqlarının pozulması halları artıb, eləcə də pasiyent ölümləri gündəmdə olan mövzudur. Pasiyent ölümündən sonra bir həkimin həbsi tibb işçiləri arasında narazılıqla qarşılanmışdı.

Aygün Musayeva


Azərbaycan Könüllü Həkimlər Assosiasiyası Tibb Hüququ Komitəsi   yaratdı