Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycan əhalisinin bəlası: Xolesterol yüksəlməsi

  • 2023.02.24 16:59
  • 2910 Baxış
Azərbaycan əhalisinin bəlası: Xolesterol yüksəlməsi
Əgər qanda xolestrol yüksələrsə, bu ilkin baxışda elə bir fəsad yaratmır.


Amma müəyyən müddətdən sonra qan damarlarında xolestrinin yüksəlməsi səbəbilə tıxanmalara və piy yığılmalarına gətirib çıxardır. Nəticədə bu çöküntü tromba yol açır, o qəfildən qoparsa infarkta və insulta gətirib çıxarda bilər.


“Medicina” xəbər verir ki, yüksək xolesterolun səbəb olduğu insult əlamətlərinə görə dəyişə bilər. Məsələn ani balans və koodinasiya itkisi, üz assimmetriyası ( göz qapaqları və ağzın bir tərəfə sallanması), hərəkət edə bilməmək, xüsusən də bədənin yalnız bir tərəfinə təsir göstərir.


Eləcə də zehində qarışıqlıq, anlaşılmaz sözlər, üzün, qolun və ya ayağın, xüsusən də bədənin bir tərəfində uyuşma, bulanlıq görmə, qaranlıq görmə və ya ikiqat görmə, ani şiddətli baş ağrıları ola bilər.


Onu da qeyd etmək lazımdır ki, qanda yüksək xolesterin səviyyəsi qan dövranını pozur və sinirlərdə normal qan axınına təsir edərək sızanaqlara səbəb olur.

Xolesterol analizi rutin olaraq hər il yoxlanmalıdır.

Xüsusən kişilər və yaşlılar risk altındadır.

Günay