İnsanın həzm sistemindən tutmuş əhvalına kimi hər şeyi idarə edən B qrup vitaminlərinin ən nəhəngi, ən vacibi vitamin B 12 həkimlərin xəstələrə çox təyin etdiyi, bəzən görməzdən gəldiyi, Azərbaycan əhalisinin ən çox defisit yaşadığı vitamindir.
Bu vitamin PHK və DNK-nın yaranmasında iştirak edir, hüceyrələrdə zülal, karbohidrat, yağların sintezini təşkil edir.
Medicina.az xəbər verir ki, çox insanlar bu simptomlarla çox həkimləri gəzir. Amma Vitamin B 12 defisiti nədir, simtptomlarını bilmir, kritik həddə çatandan sonra analiz verir və ya yaxşı həkim qəbuluna düşərsə, həkim ona vitamin terapiyası təyin edir.
Vitamin B 12 –ni hardan necə əldə etməli?
Demək olar ki, bütün mənbələr heyvan mənşəlidir. Ona görə qidada B 12 vitamini olması üçün mal qaraciyəri, mal əti, qoyun əti, krevetka, treska, losos olmalıdır.
Bitkilərdən isə yalnız dəniz məhsullarında, pivə mayasında olur.
Sizdə B 12 defisitini göstərən əsas əlamətlər:
-Əl –ayaqda uyuşmalar, keyimələr
-Ürək ritminin, nəbzinin sürətlənməsi
-Ətrafa qarşı aqressiya, əsəb, nevrozluq
-Depressiya, apatiya, ağlamaq
-Yaddaş və diqqətin pozulması
-Əl-ayaq hərəkətləri və yerişdə pozulma
-Görmənin zəifləməsi
-Dərinin avazıması, ağarması, dodaqların rənginin qaçması
-Saçların bərbadlaşması, qırılması, ağarması, dəridə ləkələr, dərinin piqmentasiyasının pozulması
-
-Xüsusən veqanlar- ətdən imtina edənlərdə bu defisit yüksək həddə olur.
Spirtli içki içənlər, şəkərli diabet xəstələrində ət yesələr də B 12 əskikliyi mütləq olur. Çünki bu problemlərdə orqanizmdə B 12 nin mənimsənilməsi zəifləyir. Ona görə də yaş 50-ni keçdikdən sonra bu insanlarda ürək-damar xəstəlikləri, psixi pozulmalar, Alsgeymer və s kimi problemlər başlayır.
Qanazlığının səbəbi
Orqanizmdə fol turşusu və B 12 defisiti anemiya və hipotoniyanın inkişafına səbəb olur. Kobalamin ele bir elementdir ki, eritsoritləri çoxaldır, onlar da orqanları oksigenlə təmin edir. Əgər bir insanda təngnəfəslik, ürəkdöyünmə, yorğunluq, başgicəllənmə varsa, kardioloqdan öncə, hipotoniya və bunu yaradan B 12 defisiti yoxlanmalıdır.
Fertillik problemi – qadın və kişi cinsi istəyi
Bu vitamin çatışmazlığı kişi və qadınlarda cinsi istəksizlik, zəiflik, sonsuzluq yaradır. Qadında B 12 lazımi səviyyədə olmadıqda hamiləlik baş tutmur, düşüklər olur. Ona görə hamiləlikdən öncə B 12 və fol turşusu yoxlanmalıdır.
QEYD: Qəhvə sevənlər, gündə 4-5 fincan qəhvə içənlərdə bir çox vitaminlər, həmçinin B 12 15-20% az olur. Səbəbi hələ də məlum deyil.
Bəs B 12 ni hardan tapmalı?
B 12 vitamin defisitini həkim, ya siz bircə qan analizi isə asanlıqla təyin edib, onu aradan qaldırmaq üçün həkimlə yollar axtarmalısız. Çünki mədə-bağırsaqda, ya qanda elə problemlər ola bilər ki, siz bir 100 kq ət yesəniz də, B 12 sintez olunmaya bilər.
B 12 ilə zəngin qidalar:
1-ci yerdə heyvan mənşəli hər şey: balıq, ət, toyuq, qaraciyər, süd, yumurta, dəniz məhsulları
2- maya, paxlalılar, yaşıl tərəvəz, dəniz yosunu
Əgər yüksək dərəcədə defisit varsa, qidalanma ilə bu problem aradan qalxmaz. O zaman həkim göstərişi ilə ən müasir, effektiv, tez həzm olunan tabletlər, siroplar, inyeksiyalar oluna bilər. B 12 tərkibli BAD-lar da əlavə edilə bilər.
B qrup vitaminlərinin, eləcə də B 12 vitamin çatışmazlığını Elmed klinikasının həkim terapevtləri vasitəsilə mərkəzin laboratoriyasında ən sərfəli qiymətlərə yoxlada bilərsiz.
Ünvan:
Binəqədi rayonu, MirCəlal küçəsi 51
Tel: 431 13 77
050 569 13 77