Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycan əhalisi 10 milyondan 8 milyona düşəcək- Beynəlxalq mənbə

  • 2024.04.05 15:20
  • 1707 Baxış
Azərbaycan əhalisi 10 milyondan 8 milyona düşəcək - Beynəlxalq mənbə
Azərbaycan əhalisinin sayı 10 milyon 462 min 904 nəfərdən 8 milyon 265 min 201 nəfərə qədər azala bilər. Beləliklə də 2024-cü ildən 2100-cü ilə qədər əhalinin sayında 161,64% azalma baş verə bilər.


"Medicina" xəbər verir ki, bu açıqlamanı Database araşdırma mərkəzi hesabatında qeyd edib.



Məsələ ilə bağlı Bizim.media-ya danışan Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov bildirib ki, qlobal səviyyədə əhalinin artım tempində azalma müşahidə olunur:

“Təbii ki, Azərbaycan da bu prosesin içindədir. Baxmayaraq ki, proqnozlara görə 2040-cı ilə qədər ölkəmizdə əhalinin sayının artımı davam edəcək. Amma sonrakı illərdə əhalinin sayında azalma gözlənilir. Bu da Azərbaycan dövlətinin təqdim etdiyi statistikaya əsasən, Beynəlxalq qurumların hazırladığı hesabatlarda özünü göstərir.

Əlbəttə ki, dövlətin müdaxiləsi hesabına bu proqnozlar dəyişə, doğru çıxmaya bilər. Amma bu hesabat davam etməkdə olan tendensiyalara əsaslanıb”.

Sahib Məmmədov Azərbaycanda davam edən tendensiyalardan da danışıb:

“Son 60 ilin statistikasına baxdıqda görürük ki, qadınbaşına düşən uşaqların sayı üç dəfədən çox azalıb. Əgər ötən əsrin 60-cı illərində bir qadın ortalama altı uşaq dünyaya gətirirdisə, indi bu rəqəm 1,5 nəfərdən bir qədər çoxdur. Bundan əlavə Azərbaycanda selektiv abort artıq əhalinin cins tərkibini dəyişdirməkdədir.

Hazırda ölkəmizdə reproduktiv qadınların sayı kişilərdən azdır. Bu tendensiya da uzunmüddətli planda demoqrafik vəziyyətə ciddi surətdə təsir edir. Yəni yaxın gələcəkdə həm əhalinin cins tərkibi, həm də yaş tərkibi dəyişəcək. Üstəlik doğuşun sayı azalacaq. Nəzərə alaq ki, əhalinin mədəni səviyyəsi artdıqca, tibbi texnologiya inkişaf etdikcə əhalinin artımında müsbət dinamikanı mənfi dinamika əvəzləyir”.

İcraçı direktor mövcud zərərli təsirlərdən də danışıb:

“Məsələn, Avropadan bizə ixrac edilən “uşaqsız ailə” modeli də öz sözünü deyir. Eynicinslərin evlənməsi təşviq olunur. Bütün bunlar da qlobal səviyyədə əhalinin azalmasına yönəlik addımlardır. Bundan çıxış edən məlum təşkilat hesab edir ki, 2100-cü ilə qədər proses belə davam edərsə, onda indiki 10 milyon 500 minlik əhali iki milyona qədər azala bilər.

Əlbəttə ki, bu bir proqnozdur. Nəzərə alaq ki, Azərbaycan dövlətinin müvafiq qurumları əhalinin artımı və yaxud artımın sabit saxlanılması üçün təhlillər aparır, müəyyən işlər görür. Məsələn selektiv abortun qarşısını almaq üçün ciddi iş gedir. Bu kimi addımların müsbət nəticəsi olarsa, onda əhalinin sayının azalmasının qarşısı alına bilər”.