Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycan dərman və sarğı materiallarına 116 milyon xərclənib

  • 2024.05.23 16:44
  • 655 Baxış
Azərbaycan dərman və sarğı materiallarına   116 milyon xərclənib

Keçən il Azərbaycanda dərman, sarğı ləvazimatlarının və materiallarının alınması xərclərinə dövlət büdcəsindən 116,1 milyon manat vəsait yönəldilib.



"Medicina" xəbər verir ki, “2023-cü ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində öz əksini tapıb.



Rəqəmlər 2022-ci illə müqayisədə 22 milyon manat və ya 23,4 faiz çoxdur.


Hesabat dövründə sosialyönlü xərclərə aid olan əməyin ödənişi xərclərinə 8130,1 milyon manat (2022-ci illə müqayisədə 664,3 milyon manat və ya 8,9 faiz çox), sosial ödənişlər üzrə xərclərə 4396,4 milyon manat (2022-ci illə müqayisədə 845,8 milyon manat və ya 23,8 faiz çox), ərzaq məhsullarının alınması və təminatı üzrə xərclərə 407,8 milyon manat vəsait yönəldilib.


Ümumilikdə məcmu olaraq sosialyönlü xərclər 2023-cü il dövlət büdcəsi xərclərinin 35,8 faizini və ya 13050,4 milyon manatını təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 1473,4 milyon manat və 12,7 faiz çoxdur.


Son 5 ildə, yəni 2019-cu illə müqayisədə 2023-cü ildə sosialyönlü xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 4 faiz-bənd, mütləq ifadədə isə 5289,1 milyon manat və ya 1,7 dəfə artıb.