Belə ki, 5 yaşlı uşaqda müştərək ürək və qaraciyər əməliyyatı həyata keçirilmişdi.
Azərbaycan səhiyyəsi üçün ilk sayılan bu əməliyyat isə, yerli cərrahlar tərəfindən həyata keçirilib. Əməliyyatı icra edən həkimlər - millət vəkili, tanınmış kardiocərrah Rəşad Mahmudov və transplantoloq cərrah Mircəlal Kazımi olub.
Unikal əməliyyat Türkiyə mediasının da diqqətini cəlb edib. "TRT AVAZ" televiziyası Azərbaycana gələrək əməliyyatı gerçəkləşdirən həkimlərlə reportaj hazırlayıb.