Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycan bu xəstəlikdən azad region elan olunub – Səhiyyə Nazirliyi rəsmisi

  • 2019.04.24 16:07
  • 9294 Baxış
Azərbaycan bu xəstəlikdən azad region elan olunub –  Səhiyyə Nazirliyi rəsmisi
Azərbaycanda 1995-ci ildən sonra  poliomielit xəstəliyinə tutulma halları müşahidə olunmur, 2002-ci ildə isə ÜST Azərbaycana polimelitdən azad region kimi sertifikat verib. 


Medicina.az  xəbər verir ki, bu sözləri Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini, Səhiyyə Nazirliyinin İmmunlaşdırma Proqramının əlaqələndiricisi Afaq Əliyeva bildirib. 


O qeyd edib ki,  2016-cı ilin aprelindən etibarən Azərbaycanın bütün şəhər və rayonlarında üçvalentli OPV vaksinindən istifadə edilməsi dayandırılıb və bunun əvəzinə ikivalentli OPV vaksini tətbiq edilməyə başlanıb”.


Ölkədə plan üzrə həyata keçirilən peyvəndlər uşaqların 95-97 faizini əhatə edir, immunlaşdırma tədbirləri daim təkmilləşdirilir. Bunun nəticəsində immunoprofikatika vasitəsilə idarə olunan yoluxucu xəstəliklərin azaldılması sahəsində sabit dinamika əldə edilib.