Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yoluxanlar artsa, karantin rejimi dərhal sərtləşdiriləcək - Azərbaycan başına iş açdı?

  • 2020.09.21 16:27
  • 3095 Baxış
Yoluxanlar artsa, karantin rejimi dərhal sərtləşdiriləcək  - Azərbaycan başına iş açdı?

Azərbaycandan daha erkən yumşalmaya gedən Avropanın, dünyanın bir çox ölkələrində, eləcə də aylar öncə Azərbaycana epidemioloji vəziyyəti nümunə kimi göstərilən qonşu Gürcüstanda yoluxma sayı sürətlə artır.

Yumşalmaya gedərək bir çox iaşə obyektlərini, bir çox məhdudiyyətləri aradan qaldıran Azərbaycanı da eyni aqibət gözləyə bilər?

Medicina.az xəbər verir ki, Milli.Az-a açıqlama verən Azərbaycan Həkimləri İctimai Birliyinin təsisçilərindən biri, radioloq-həkim Aydın Əliyev Azərbaycanın artıq daha təcrübəli olduğunu, kəskin yoluxma halı qeydə alınarsa, dərhal qarşısının alınacağını qeyd edib:

"Bu dəqiqə Avropada və qonşu Gürcüstanda koronavirus xəstəliyinə yoluxma hallarının sayı artıb. Amma mən birmənalı sürətdə düşünürəm ki, bizdə elə çox artım olmayacaq. Çünki Azərbaycanın artıq təcrübəsi var. Ən sərt karantin rejimindən tutmuş yumşalmalara qədər bizim artıq təcrübəmiz var. Bu yumşalmalara ki, biz gedirik, əgər hansısa bir artım müşahidə olunsa, bizdə artıq təcrübə olduğu üçün müəyyən o karantin rejimləri və izolyasiya qaydaları tətbiq olunacaq və qısa müddətdə artan yoluxma hallarının sayı azalacaq. Biz onu kontrolda saxlaya biləcəyik.

Bu gün yoluxma sayı artan ölkələrdə bizdəki qədər təcrübə yoxdur. Düzdür, o ölkələrdə yoluxma sayları əhali sayına görə bizdən daha çox olmuşdu. Amma bizdə də gündəlik təxminən 600 civarında yoluxma qeydə alınmışdı. Biz bu rəqəmləri yavaş-yavaş azalda bildik. Artıq bu barədə təcrübələr var. Yumşalmalara getdikcə artım olarsa, hansı karantin qaydasının aradan qaldırılması artıma gətirib çıxartdısa həmin karantin rejiminin yenidən tətbiqi ilə o yoluxma sayı azalacaqdır.

Təbii ki, qorunmalıyıq, ehtiyatımızı əldən verməməliyik, amma panik olmamalıyıq. Bizdə, yəqin ki, o dərəcədə çoxsaylı yoluxmalar olmayacaq".