Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbacan dünyanın ən çox dərman yeyənləri siyahısındadır - İqtisadçı

  • 2020.08.25 13:29
  • 2525 Baxış
Azərbacan dünyanın ən çox dərman yeyənləri siyahısındadır  - İqtisadçı

"Zavallı Azərbaycan xalqı bərbad səhiyyəyə görə dünyanın ən çox dərman yeyənlərin siyahısındadır. Belə ki, Azərbaycan Respublikası Xarici Ticarətinin Gömrük Statistikasına görə, bu ilin ilk 7 ayında ölkəyə 214 milyon 067 min dollar məbləğində əczaçılıq məhsulları idxal olunub. Bu məbləğ ölkəyə gətirilən dərmanların idxalda qeydiyyata düşən gömrük dəyərini ifadə edir. Heç şübhəsiz ki, həmin dərmanların çoxu xəstələrə ikiqat bahasına satılıb. Kosmik dövlətə çevrilən Azərbaycanda təəssüf ki, ən sadə dərman preparatları belə istehsal olunurmur".

Medicina.az xəbər verir ki, bunu iqtisadçı alim, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu özünün “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ilin yanvar-iyun ayları ilə müqayisədə 2020-ci ilin yanvar-iyun aylarında ölkədə dərman vasitələrinin satışı 1,9 dəfə artıb:

"İyul ayında Azərbaycana dərman idxalı orta aylıq göstəricidən 2 dəfəyədək çox, yəni 55 milyon dollar olub.
Hazırda ölkəyə dərman idxalı bir neçə şirkətin oliqopoliyasındadır. Məhz onların bazarda sövdələşmələrinə görə, dərmanların keyfiyyətində də ciddi problemlər müşahidə olunur. Qiymətlərə gəlincə, onu Tarif Şurası müəyyənləşdirsə də Azərbaycanda dərmanların qiyməti Türkiyə, Rusiya və İranla müqayisədə yüksəkdir. Bu isə o deməkdir ki, xüsusilə də pandemiya dövründə ailə büdcəsində əsas xərclərdən biri də dərmanların alışıdır".