Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azəraycan tibbində ilk yaşandı

  • 2018.05.16 10:16
  • 11704 Baxış
Azəraycan tibbində ilk yaşandı

Azərbaycanda ilk dəfə TransAnal Minimal İnvaziv əməliyyat (təbii dəliklərdən endoskopik əməliyyat) həyata keçirilib.


Medicina.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Respublika Müalicəvi Diaqnostika Mərkəzində əməliyyatı icra edən ümumi cərrahı, uzman İlqar İsmayılov 67 yaşlı xəstədə düz bağırsağın Maliqnizasiyaya uğramış 6 sm ölçüdə polipi aşkar olunduğunu bildirib.


MRT və EndoUSM müayinələri ilə bu törəmənin əzələ qatına sirayət etmədiyi təsdiqləndikdən sonra TAMİS üsuluna uyğun olduğu qərarına verilib. TransAnal Minimal İnvaziv əməliyyat uğurla icra edilib və xəstə daha geniş və riskli Düz Bağırsaq Rezeksiyası əməliyyatına məruz qalmadan və kolostoma çıxarılmadan bir gün sonra evə yazılıb.


Minimal invaziv cərrahiyyənin gəldiyi ən son inkişaf nöqtələrindən biri olan TAMİS (TansAnal Minimal İnvaziv Surgery) üsulu özəl endoskopik alətlərin istifadəsi ilə düz bağırsaq kütlələri və böyük ölçülü poliplərin transanal yolla əməliyyat olunmasına imkan verir.


TransAnal Minimal İnvaziv cərrahiyyə üsulunun düz bağırsaq əməliyyatlarında daha geniş tətbiq olunma perspektivi var və bu istiqamətdə RMDM-də araşdırmalar davam etdirilir.