Xalq artisti Azər Zeynalov əməliyyat olunub.
Medicina.az xəbər verir ki, "Ölkə.az" saytının əldə etdiyi məlumata görə, səhhəti qəfil pisləşən sənətkar açıq ürək əməliyyatı keçirib.
Bildirilib ki, o, hazırda danışa bilmir: "Mart ayının 10-da Azər müəllim infarkt keçirmişdi. Həkimlər onun həyatını xilas etmək üçün ürəyinin bir damarına stent qoydular.
Sonradan məsləhət olundu ki, üç ay sonra əməliyyat edilsin. Aprelin 2-də Respublika Diaqnostik Mərkəzdə açıq ürək əməliyyatı keçirdi".