Aktyor Azər Baxşəliyevin son durumu açıqlanıb.
ATU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova Axşam.az-a bildirib ki, aktyorun səhhəti ağır kritik olaraq qalıb:
“Dəyişiklik yoxdur. Hazırda süni tənəffüs aparatına qoşulu vəziyyətdədir. Reanimasiyadadır, vəziyyəti ağır kritik olaraq qalır”.
Xatırladaq ki, Azər böyrək çatışmazlığından əziyyət çəkir. O, bir dəfə əməliyyat olunmuş və anasının böyrəyi köçürülmüşdü. Azər bir müddət əvvəl yenidən əməliyyat olunacağını açıqlayıb.