Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ürək və ağciyərlərdə problem olduğunu 5 saniyədə üzə çıxaran test

  • 2024.05.14 10:00
  • 886 Baxış
Ürək və ağciyərlərdə problem olduğunu  5 saniyədə üzə çıxaran test
Orqanizminizin vəziyyətini iki barmağınızı qatlamaqla öyrənə bilərsiniz.

Medicina.az xəbər verir ki, türkiyəli həkim Müfit Karacabeyli özünün "Instagram" səhifəsində maraqlı sağlamlıq testi paylaşıb.

Bu testi sınaqdan keçirmək olduqca asandır. Bunun üçün işarət barmaqlarınızı qatlayaraq dırnaqlarınızı bir-birinə yapışdırmağa çalışmalısınız. Bu zaman dırnaqlar arasında kiçik boşluq yaranırsa, bu sizdə hər şeyin yolunda olduğu mənasına gəlir. Yox, əgər dırnaqlar aralarında boşluq qalmadan bitişirsə, deməli ürək və ağciyərlərinizdə problem ola bilər. Çünki bu, orqanizminizin oksigen aclığı yaşadığına işarədir.

Qeyd edək ki, bu cür testlər erkən diaqnoz qoyulması şansını artırır.


Aysel