Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ürək sağlamlığını qoruyan ən təsirli meyvə hansıdır? – Kardioloqlarla SORĞU

  • 2024.05.15 17:00
  • 1432 Baxış
Ürək sağlamlığını qoruyan ən təsirli meyvə hansıdır? –  Kardioloqlarla SORĞU
Meyvə və tərəvəzlər ölümə səbəb olan insult və ürək xəstəlikləri riskini azalda bilən vitaminlərlə, antioksidantlarla zəngindir. Onların hamısının sağlamlığımız üçün faydaları olsa da, infarkt kimi ciddi sağlamlıq problemlərinin qarşısının alınmasında böyük rol oynayanlar daha çox diqqət çəkir.

Medicina.az xəbər verir ki, ürək üçün ən faydalı meyvəni müəyyən etmək üçün kardioloqlar arasında sorğu keçirilib.

Kardioloq Dipak Vivek meyvələrin "yüksək qan təzyiqini azaltdığını, aterosklerozun və ya damarların sərtləşməsini aradan qaldırdığını və ürək-damar sisteminə çox faydalı olduğunu bildirib.

Vivek bu baxımdan ən çox almanı məsləhət gördüyünü söyləyib:

"Çünki alma antioksidantlar, lif, C vitamini və kaliumun yaxşı mənbəyidir. Eyni zamanda almanın qlisemik indeksi azdır və beləliklə, 2-ci tip diabet riskini də azaldır".

Kardioloq almaları dilimləyərək salatlara əlavə etdiyini və ya qəlyanaltıda bütöv halda yediyini bildirib. O, alma qurusunun da faydalı olduğunu diqqətə çatdırıb.

"Düşünürəm ki, bu, mənə məşq etmək üçün lazım olan enerjini verir və həmçinin əzələ kramplarının qarşısını alır", - Vivek vurğulayıb.

Digər bir kardioloq Suşant Ker isə pəhriz lifi, C vitamini, B6 vitamini, kalium, maqnezium və antioksidantlarla zəngin olduğuna görə banana üstünlük verdiyini bildirib.

"Pəhriz lifi həzmə kömək edir, C vitamini immunitet sistemini gücləndirir və B6 vitamini beyin və sinirlərin inkişafı üçün vacibdir", - deyə Suşant Ker qeyd edib.

Professor Dr. Cennifer Mirs həmişə alma, armud və ya albalı kimi meyvələrə üstünlük verdiyini söyləyib:

“Çünki bu meyvələr qəlyanaltıda yedikdə toxluq hissi verir. Üstəlik, ürək xəstəliklərindən qorunmağa kömək edir. Lifin ürək xəstəliyi üçün iki mühüm risk marker olan qan təzyiqi və xolesterin səviyyələrini aşağı saldığı məlumdur”.

Kardioloq Dr. Sacit Busri isə duzsuz çərəzlərin və quru meyvələrin ən çox sevdiyi qəlyanaltı olduğunu ifadə edib:

"Qaragilə və moruq kimi giləmeyvələr də ən yüksək səviyyədə antioksidantlara malikdir və onlar ürəyinizi qorumaq üçün əla seçimdir".


Aysel