Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Şəkər xəstələrinin yaralarını sağaldan bakteriya

  • 2024.07.26 16:40
  • 2401 Baxış
Şəkər xəstələrinin yaralarını sağaldan  bakteriya
Diabet xəstələrinin yaralarının sağalmasını sürətləndirəcək bakteriya aşkarlanıb.

Medicina.az xəbər verir ki, bu barədə Pensilvaniya Universitetinin Perelman Tibb Fakültəsinin yeni araşdırmasında deyilir.

Məlum olub ki, Alcaligenes faecalis (A. faecalis) bakteriyası diabet xəstələrinin normalda sağalması çətin olan yaralarının sağalma prosesini sürətləndirə bilir.

Zərərli bakteriyalardan fərqli olaraq, xroniki yaralarda olan A. faecalis sağalmanı təşviq edir.

Tədqiqatçılar bu bakteriyanın diabet xəstələrində həddindən artıq istehsal olunan fermentləri boğaraq yaraların bağlanması üçün lazım olan dəri hüceyrələrinin hərəkətini stimullaşdırdığını müəyyən ediblər.

Komanda diabetli siçanlar və insan dərisi nümunələri üzərində testlər aparıb. Nəticədə A. faecalis ilə aşılamanın infeksiya əlamətləri olmadan yaraların sağalmasını sürətləndirdiyi sübuta yetib.

Bakteriya, həmçinin yaraların sağalmasının əsas hüceyrələri olan keratinositlərin böyüməsini təşviq edib.

Tədqiqat nəticəsində o da məlum olub ki, A. faecalis kollageni parçalayan fermentlərin səviyyəsini normallaşdırır və bu, sürətli sağalmanı təşviq edir.


Aysel