Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Saçları günəşdən qorumaq niyə vacibdir?

  • 2024.07.30 14:52
  • 1128 Baxış
Saçları günəşdən qorumaq niyə vacibdir?
Günəşdən qoruyucu vasitələr təkcə dəri üçün deyil, saçlar üçün də lazımdır.

Medicina.az xəbər verir ki, saçlar üçün günəşdən qoruyucu spreylərdən istifadə etmək həm də baş dərisini zədələnməkdən qoruyur.

Saçlar uzun müddət ultrabənövşəyi şüalara məruz qaldıqda, şüalar hər bir saç telinin kutikul adlanan xarici təbəqəsini zədələyə bilər.

Dermatoloq Nazanin Saedi deyir ki, bundan əlavə, ultrabənövşəyi şüalar saçdakı təbii keratini də məhv edə bilər.

“Keratin saçlara parlaqlıq verən zülaldır. Kütikülün və keratinin zədələnməsi səbəbindən saçlar quruyur və kövrəkləşir”.

Mütəxəssisin sözlərinə görə, tünd saçlar ultrabənövşəyi şüaların yaratdığı zədələrə o qədər də həssas deyil:

“Bunun səbəbi, piqmentin ultrabənövşəyi radiasiyanı udmaq və süzməklə keratini qorumasıdır”.

Ekspert saç üçün günəş spreyinin saçın və baş dərisinin xarici təbəqəsini örtdüyünü diqqətə çatdırıb:

“Bu şəkildə onları ultrabənövşəyi şüalardan qoruyur. Saç üçün günəşdən qoruyucu vasitələrin effektivliyi ilə bağlı əhəmiyyətli araşdırmalar olmasa da, onlar saçınızı günəşin zərərindən qorumaq üçün yaxşı bir yol ola bilər. Daha da əhəmiyyətlisi onların həm də baş dərisini qorumalarıdır.

Bundan əlavə, geniş kənarlı "şlyapa" taxmaq tövsiyə olunur. Bu, bütün baş dərinizi və saçınızı qoruyacaq”.


Aysel