Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Rusiyada 1 həftədə kovidə yoluxanlar artdı

  • 2024.11.19 17:32
  • 1136 Baxış
Rusiyada 1 həftədə kovidə yoluxanlar  artdı

Rusiyada noyabrda Kovidə yoluxanların sayı kəskin artıb.


“Medicina” xəbər verir ki, yoluxma ötən həftəyə nisbətdə 20% çoxdur.


Rusiyada 25 min kovidə yoluxmuş şəxs qeydə alınıb ki, bu ötən həftədən 21% çoxdur.
Rospotrebnadzorun məlumatına görə, Rusiyada ən geniş yayılmış ştamm JN1 və KS1-dir.

Eləcə də Covidin yeni variantı HES-ə görə müşahidələr davam edir. Bu varianta 46 yoluxma qeydə alınıb.

Rusiyada insanlara kütləvi yerlərə getməmək, əlləri yumaq, maska taxmaq tövsiyə edilir.

Ştammarın əlamətləri koviddəki kimidir, lakin ağırlaşma azdır, burun, boğaz tutulması, qızdırma və s.

Aygün Musayeva