Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Reanimasiyaya yerləşdirilən əməkdar artistin Müalicə üçün pulu yoxdur

  • 2024.04.22 16:45
  • 845 Baxış
Reanimasiyaya yerləşdirilən əməkdar artistin   Müalicə üçün pulu yoxdur

Əməkdar artist, Prezident təqaüdçüsü, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru Faiq Sadıqovun vəziyyəti pisləşib.

Bu barədə onun qızı Əminə Sadıqova Manşet.az-a məlumat verib.



Onun dediyinə görə, F.Sadıqov təcili paytaxtda yerləşən özəl xəstəxanalardan birinə yerləşdirilib:


“Atamın ağciyərində problem vardı. Son zamanlar nəfəs almaqda çətinlik çəkdiyi üçün həkimin məsləhəti ilə evdə süni oksigen aparatına qoşulurdu.

Axır vaxtlar həmin aparatdan çox istifadə etdiyi üçün ürəyində kəskin problem yaranmışdı. Atamın qəfil vəziyyəti pisləşdi, təcili yardımla Bakıdakı özəl klinikalardan birinə yerləşdirdik.


Hazırda reanimasiyadadır, oksigen aparatına qoşulub. Həmin klinika çox bahalıdır, biz onun müalicə xərclərini ödəyə bilmirik. Son bir həftə ərzində onun müalicəsinə 10 min manatdan çox pul xərcləmişik. Aidiyyəti dövlət qurumlarından xahiş edirəm ki, atamın müalicəsinə köməklik göstərsinlər”.