Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qocalmanın əsas hərəkətverici qüvvəsi bu zülal imiş

  • 2024.07.18 16:32
  • 1302 Baxış
Qocalmanın əsas hərəkətverici qüvvəsi bu zülal imiş
Qocalmanın əsas hərəkətverici qüvvəsi aşkarlanıb.

İnterleykin-11 (IL-11) zülalının istehsalını bloklamaq qocalma zamanı sağlamlığın pisləşməsi riskini azaldır və ömrün müddətini artırır.

Medicina.az xəbər verir ki, bunu Sinqapurdakı Duke-NUS Tibb Məktəbinin alimləri müəyyən ediblər.

Araşdırmanın nəticələri “Nature” jurnalında dərc olunub.

Siçanlar üzərində aparılan araşdırmalarda komanda müəyyən edib ki, yaşlandıqca IL-11 zülalının səviyyəsi orqan və toxuma strukturlarında artır. Bu da öz növbəsində iki əsas yaşlanma əlamətini üzə çıxarır. Yəni qaraciyərdə və qarın boşluğunda piylərin yığılması, həmçinin əzələ kütləsinin və gücünün azalması müşahidə edilir.

İnterleykin-11 (IL-11) zülalının qocalmanı aktiv şəkildə təşviq etdiyi görünüb. Belə ki, alimlər xüsusi dərman vasitəsi ilə gəmiricilərdə onun istehsalını bloklayıblar. Onlar IL-1 konsentrasiyasının azaldılmasının ağ yağ əvəzinə sağlam qəhvəyi yağ istehsalını təşviq edərək maddələr mübadiləsini yaxşılaşdırdığını aşkarlayıblar. Qəhvəyi yağ qan şəkərinin səviyyəsini normallaşdırır, həmçinin optimal bədən istiliyini saxlamağa və kalori yandırmağa kömək edir.

IL-11-in bloklanmasının həm də əzələ funksiyasını və ümumi sağlamlığı yaxşılaşdırdığı sübut edilib.

Əlavə olaraq, yaşlanma əleyhinə IL-11 müalicəsi də telomerlərin qısalmasının sürətini azaldıb və siçanların mitoxondrilərinin (xüsusi hüceyrə strukturlarının) sağlamlığını qoruyub, onların enerji istehsal etmək qabiliyyətini artırıb.

Alimlərin fikrincə, orqanizmdə bu cür dəyişikliklər şəkərli diabet, sarkopeniya, ürək xəstəlikləri və artıq piy yığılması riskinin azaldığını göstərir.

Tədqiqatçılar ümid edirlər ki, gələcəkdə interleykin-11-ni bloklayan dərmanlar sağlam qocalmağa kömək edən vasitələr hazırlanacaq.


Aysel