Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qadınlarda insult fərqli keçir – Qeyri-adi simptomu

  • 2024.05.06 17:54
  • 987 Baxış
Qadınlarda insult fərqli keçir  – Qeyri-adi simptomu

Damar problemləri qadınlarda spesifik olmayan, yayındırıcı simptomlarla keçə bilər.


“Medicina” xəbər verir ki, Raşa universitetinin alimləri qadınları diqqətli olmağa çağırıb.


“Qadınlarda diaqnostika daha çətindir, onlar damar tıxanmasını sakit keçirə bilirlər. Məsələn, sadəcə yorğunluq və psixikada dəyişikliklər insultun yaxınlaşması siqnalı ola bilər.


Ona görə qadınlar şikayət olmasa belə vaxtında müayinələrə getməlidir.
Damar patologiyaları – anevrizma, aorta tıxanması, yuxu arteriyası daralması, ayaq damarlarının tutulması ayaqlarda quruma, keyimə, qarında ağrı, kürəkdə ağrı, bir tərəfli zəiflik, tutulma ilə müşahidə olunur.


Bəzi damar problemləri qadınlarda çanaq hissədə ağrı, venalarn varikoz genişlənməsi ilə görülə bilər.


Qadınlar az insult olur fikri yanlışdır. Onlarım diaqnostikası da çətindir.


Hansı müayinələrdən keçməli?

- Yuxu arteriyalarının dopleri
- Xolesterin analizi
- Siqaret çəkirlərsə, aortralar yoxlanmalı
- Qan analizi
- Ürəyin EKQ-si



Aygün Musayeva