Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ötən il neçə nəfər aclıqdan əziyyət çəkib? – Dəhşətli rəqəm

  • 2024.07.24 19:13
  • 1173 Baxış
Ötən il neçə nəfər aclıqdan əziyyət çəkib? –  Dəhşətli rəqəm
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) “Dünyada ərzaq təhlükəsizliyi və qidalanma sahəsində vəziyyət” (SOFI) adlı illik hesabatını yayımlayıb.

Medicina.az xəbər verir ki, hesabata görə, 2023-cü ildə dünyada aclıqdan əziyyət çəkən insanların sayı təqribən 733 milyon nəfər olub. Bu isə hər 11 nəfərdən birinin ac qaldığını göstərir.

Afrika qitəsində isə hər 5 nəfərdən biri aclıqla üzləşib.

Son 3 ildə rəqəmlər yüksəlməyə davam edir. Belə ki, 2019-cu ildən bəri kifayət qidalana bilməyən insanların sayı təxminən 152 milyon nəfər artıb.


Aysel