Nigeriyada naməlum virus yayılması səbəbindən bir neçə əyalətdə epidemik vəziyyət elan edilib.
"Medicina" xəbər verir ki, bu barədə səhiyyə naziri Aişə Ankan məlumat verib. Artıq 2 yoluxmuş xəstə ölüb.
Hesab olunur ki, virus su ilə yoluxub və daha çox uşaqlar ağırlaşır.
2 əyalətdə 180 yoluxma var. Ucqar kəndlərdə vəziyyətdən xəbər yoxdur.
Virusun simptomları dizenteriyaya bənzəyir: qaraciyərin şişməsi, qarında su, iştahsızlıq, qızdırma.
Nigeriya rəsmiləri vəziyyətlə bağlı ÜST-nı məlumatlandırır.
Aygün M