Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Meymunçiçəyi dedikləri xəstəlik əslində... - Həkimdən yeni təhlükə xəbərdarlığı

  • 2024.09.06 17:34
  • 2024 Baxış
Meymunçiçəyi dedikləri xəstəlik  əslində...   - Həkimdən yeni təhlükə xəbərdarlığı

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının tapşırığına əsasən, Səhiyyə Nazirliyində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), “Azərbaycan Hava Yolları” QSC və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının səlahiyyətli nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Görüşdə hazırda bir çox ölkələrdə meymunçiçəyi virusunun sürətlə yayılması hallarını nəzərə alaraq, ölkə ərazisində profilaktik tədbirlərin həyata keçirilməsinin zəruriliyi vurğulanıb.

"Medicina" xəbər verir kii, "Meymunçiçəyi xəstəliyi nədir", "Necə keçəcək", "Pandemiya olacaqmı" kimi suallarımıza psixiatr həkim, müstəqil tibbi ekspert Abdulla Şıxlinski cavab verib.


“Çoxsaylı müşahidələrim, xarici ekspertlərin, xüsusən rusiyalı həkimlərin araşdırmalarından belə qənaətə gəlmək olar ki, ayrıca, müstəqil meymunçiçəyi adlı virus yoxdur. Bu ad verdikləri xəstəlik herpes zoster, kəmərləyici dəmrovdur. Herpes virusunun aktivləşməsi nəticəsində yüksək hərarət, bədəndə ağrı və səpkilər olur. Herpes zoster illər boyu olub. Mən orduda qulluq edəndə görürdüm, əsgərlərdə çox olurdu. Burada meymun və çiçəkdən söhbət gedə bilməz. Meymunçiçəyi altında indi ölümcül xəstəlik kimi təqdim olunan xəstəlik Amerika laboratoriyalarında yaradılmış süni formadır. Hələ pandemiya dövründən demişdim ki, indiki xəstəlik adı ilə yayılan kimyəvi silah maddələridir: tərkibi berrilium ftorid və azot dioksiddir. Bunları şəhərlərə, torpağa, suya təyyarə ilə səpirlər.

Əslində pandemiya bitməyib, ÜST və bəzi qüvvələr çoxdan deyir ki, yeni pandemiyalar olacaq”.

Həkim 2015-ci ildən bəri, xüsusən də pandemiyadan sonra sayı artan gənc ölümlərinə də diqqət çəkib:


“Görürsünüz, hər gün nə qədər gənc, sağlam insanın ürəyi dayanır ölür, ya qəfil xəstələnir, zəifləyir, müalicə təsir etmir, xəstəlik uzanır. Elə xəstəliklər var ki, həkimlər onun diaqnozunu, müalicəsini bilmir. Ağıllı həkimlər bilir ki, bunlar vaksinasiyanın, koronovirusun təsirləridir. Amma 90% həkimlər bunu sona kimi dərk etməyiblər. Bir psixiatr kimi deyə bilərəm ki, yenə də kütləvi psixoz və psixi bioterror işə düşəcək. İnsanlarımız həm psixi, həm fiziki olaraq özlərini qorumalı, süni, ucuz və şişirdilmiş təbliğata uymamalıdır”.

medicina.az