Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Maqnit qasırğaları sağlamlıq üçün nə qədər təhlükəlidir?

  • 2024.07.25 16:16
  • 1152 Baxış
Maqnit qasırğaları sağlamlıq üçün  nə qədər təhlükəlidir?
İyulun 24-də səhər saatlarında Yer kürəsində G1 səviyyəli geomaqnit qasırğası başlayıb. Qasırğanın bir neçə gün davam edəcəyi gözlənilir.

Medicina.az xəbər verir ki, İZMIRAN Kosmik Hava Proqnozları Mərkəzinin mütəxəssisi Mariya Abuninaya G1 və digər səviyyəli maqnit qasırğalarının sağlamlığa necə təsir edə biləcəyindən danışıb.

Ekspertin fikrincə, G1 minimum göstəricidir:

“Uzunmüddətli statistikaya görə, onlar orta hesabla həftədə bir dəfə baş verir. Əksər insanlar üçün bu səviyyəli fırtınalar diqqətdən kənarda qalır. Onlar heç bir şeyə təsir etmir, sağlamlığa zərər vermir”.

Abunina qeyd edib ki, hətta G-4 və G-5 səviyyəli güclü maqnit qasırğaları da Yer kürəsinin sakinlərinin diqqətindən yayına bilər. Bununla belə, onlar ISS-dəki peyklərə və ya astronavtlara təsir göstərə bilər.

Qeyd edək ki, mütəxəssislər bu qasırğaların təsirini hiss edən həssas insanlara bir neçə məsləhət verirlər.

Belə günlərdə meteohəssas insanlar baş ağrılarından əziyyət çəkir; oynaqların ağrımasından, qan təzyiqinin qeyri-sabitliyindən şikayətlənirlər.

Sağlamlığınızı qorumaq üçün daha az əsəbi olmağa çalışmalı, spirt və siqareti dayandrımalı, daha çox su içməlisiniz.

Terapevt Marina Konstantinovanın sözlərinə görə, insanların əksəriyyətində yaranan simptomlar psixoloji xarakter daşıyır. Yəni onlar hələ hadisə baş verməzdən əvvəl, proqnozu eşitdikdə belə simptomlarla üzləşə bilirlər.

Ekspertlər bu tip insanlara kosmik proqnozları təqib etməməyi məsləhət görürər.


Aysel